SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Oqtay Şirəliyevin müəmmalı "Araş" sevgisi... – Daha 6 milyonluq müqavilə bağlandı

29-05-2019, 12:44 | Oxunub: 12 157 |

 Oqtay Şirəliyevin müəmmalı "Araş" sevgisi... – Daha 6 milyonluq müqavilə bağlandı

27 mayda Səhiyyə Nazirliyi ölkənin bölgələrindəki xəstəxanaların təchizatı üçün tibbi avadanlıq alınması üzrə 4 müqavilə imzalayıb. “Marja” xəbər verir ki, bu barədə dövlət satınalmaları reyestrində bildirilir.

Bütün müqavilələr “Arash Medical Company” şirkətinə verilib. Müqavilələrin ümumi həcmi 6 milyon 116 min manatdır. İşlər Qazax Mərkəzi Rayon Xəstəxanası, Gəncə və Şəki psixiatriya xəstəxanaları, Şəmkir rayon Kür qəsəbə xəstəxanasında həyata keçiriləcək.

Emtv.az xəbər verir ki, cəmi bir həftə bundan öncə – mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. Həmin müqavilələr əsasında alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edirdi. Deməli bu, təkcə may ayı üzrə bağlanmış 2-ci sövdələşmədir. Və müqavilələrin ümumi dəyəri 12 milyon manata yaxındır.

Xatırladaq ki, artıq 10 ilə yaxındır sözügedən şirkət Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Bununla bağlı “AzPolitika.info”nun ötən saylarının birində ətraflı məlumat verilmişdi. Həmçinin, qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 100 milyon dollarla ölçülən tenderləri udub.

Təəssüf ki, Azərbaycanda tenderlər sş.ahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Dəfələrlə tenderlərin keçirilməsində ciddi qanun pozuntularına, hətta korrupsiya hallarına rast gəlinməsi barədə məlumatlar dərc olunub. Belə halların Səhiyyə Nazirliyinin tenderlərinə da aid olub-olmadığı barədə nəsə söyləmək çətindir…

Daha sonra azpolitika.info onu da qeyd edib ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Və indiyə qədər bu məlumat rəsmən təkzib olunmayıb.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR