SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda cinayət işi gizlədilir

9-04-2019, 10:21 | Oxunub: 11 493 |

Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda cinayət işi gizlədilir

Emtv.az xəbər verir ki,Səhiyyə Nazirliyi məsələ barədə susur. Cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda səhih informasiya verilmir.

Deyilir ki, maliyyə mənimsəmələri ortaya çıxıb. “Turqay” MMC-nin təsisçisi Abbasov Tamerlan Yəhya oğlunun Səhiyyə Nazirliyi rəhbərliyinə yaxın olduğu bildirilir. Ona görə tenderlərin əksəriyyətini udurmuş.

Sonra ciddi maliyyə yeyintiləri aşkarlanıb və cinayət işi başladılıb. T.Abbasov bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb.

Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma həbs müddəti bitər-bitməz məhkumluq yaşamış T.Abbasov yenidən fəaliyyətini davam etdirib.

Bildirilir ki, “Turqay” MMC-nin bu günə qədər gördüyü işlərin ümumi dəyəri yüz milyon manatlarla ölçülür.

Şirkətlə Səhiyyə Nazirliyi arasında sonuncu tender müqaviləsi 2018-ci ilin sonunda, Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün imzalanıb.

Müqavilədə Səhiyyə Nazirliyi xəstəxananın tikintisi üçün “Turqay” MMC şirkətinə 11 milyon 933 min manatdan artıq vəsait ayırıb. Şirkət son bir neçə ildə nazirliyin 5 milyard manata yaxın tenderinin qalibi elan olunub.

Maraqlıdır ki, dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəliyinə buraxılması kifayət qədər riskli addımlardır.

Daha sonra realmedia onu da qeyd edib ki, ki, “Turqay” MMC adlı tikinti firmasının səhiyyə naziri Oqtay Şirəliyevlə yaxşı münasibətləri var. 2015-ci ildə Quba Mərkəzi Xəstəxananın təmiri üçün “Turqay” MMC-nin hesabına 11 milyon 120 min manat pul köçürülüb.

1 saylı Kliniki Tibbi Mərkəzin təmiri üçün isə 297 min 650 manat yenə də “Turqay” MMC-nin hesabına verilib, Suraxanıdakı 31 saylı adi poliklinikanın təmiri üçün yenə 5 milyon manat.

Respublika Talessimiyya Mərkəzinin təmiri üçün 294 min 245 manat, 2013-cü ildə Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üçün “Turqay” MMC-yə 10 milyon 960 manat hədiyyə edilib.

Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmir işləri üçün isə 5,1 milyon manat, 2015-ci ildə Mingəçevir şəhər xəstəxanasının ərazisində olan Uşaq Reabilitasiya Mərkəzinin tikintisi üçün 775 min manat “Turqay” MMC-nin hesabına köçürülüb.

Ümumilikdə, “Turqay” MMC-nin bir neçə il ərzində vergidən yayındırdığı məbləğ 4 milyard 797,7 milyon manatdır.

Sonra da deyirik ki, puluz dərman almaq hüququna malik olan insanlar üçün poliklinikalara niyə dərman verilmir?

Qarşı tərəfi dinləməyə hazırıq.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR