17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Çiyələk alanda ehtiyatlı olun - Ekspertdən xəbərdarlıq
"Azərbaycanda qədim çiyələk növləri yox olub".
Emtv.az News24.az-a istinadən bildirir ki, bunu Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, çiyələk toxumçuluğunda böyük inqilab baş verib: "Xarici ölkələrdən Azərbayacana çiyələk şitilləri gətirilib, abarogen qədim çiyələk növləri demək olar ki, yox olub. Hazırda satışa çıxarılan bu dadsız çiyələklərin əksəriyyəti bazar üçün hazırlanıb. Uzun müddət xarab olmur, bərkdir, görünüşü cəlbedicidir. Biz hesab edirik ki, bunlar genetik modifikasiya olunmuş (GMO) ola bilər. Təəssüf ki, hazırda bununla bağlı araşdırma aparılmır".
E.Hüseynov onu da dedi ki. Hər gün təşkilata çiyələklə bağlı şikayət daxil olur: "Hər gün telefon zəngi daxil olur. Bəzən gəlirlər, aldıqları çiyələyi də gətirirlər. Biz xüsusi tester vasitəsilə çiyələklərin tərkibini yoxlayırıq, insanlara təmənnasız olaraq kömək edirik. Təxminən 30 faiz çiyələkdə nitritlərin miqdarı normadan çox çıxıb. İnsanlar bilməlidirlər ki, çiyələyi yeməzdən qabaq təmiz yumaq lazımdır. Çünki çiyələk torpaqla təmasda olur. Ən təhlükəli bakteriyalar torpaqdadır. Eyni zamanda onu da bildiririk ki, yumşaq çiyələk almaq lazımdır, onlar nisbətən daha yaxşıdır.
Sevinc Əlimova
Emtv.az