SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Siyanfər Əliyevin Masazırda qanunsuz torpaq alveri: Saxtakarlığın ilginc detalları

27-05-2019, 12:11 | Oxunub: 12 288 |

Siyanfər Əliyevin Masazırda qanunsuz torpaq alveri: Saxtakarlığın ilginc detalları

Emtv.az xəbər verir ki,Abşeron rayon Masazır bələdiyyə sədri Siyanfər Əliyevin Masazırda “Ay alan məmləkəti Rey satıram” prinsipi ilə bütün əndazəni aşması sənədlərlə sübut olunur. 2007-ci il dekabrın 1-dən sonra vətəndaşlara bələdiyyələr və icra hakimiyyətləri tərəfindən satılmış torpaq sahələrinə mülkiyyət hüququ verilməyəcək.

Qeyd edək ki, 2007-ci ilin sonlarında Ədliyyə Nazirliyinin göstərişi ilə bələdiyyələrə torpaq satışı qadağan edilib. 2008-ci ilin dekabr ayından isə dövlət başçısının imzaladığı fərmanla torpaqların hərrac və müsabiqə yolu ilə mülkiyyətə verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətinə daxil edilib.Bütün bunlara baxmayaraq Siyanfər Əliyev 2009-cu ildə qanunu kobud şəkildə pozaraq bələdiyyə qərarı ilə torpaq satışı həyata keçirib. Bu barədə cumhuriyyet.az-ın əldə etdiyi sənədlərdən birinin surətini diqqətinizə çatdırırıq: Hazırki proseslər göstərir ki, Masazır bələdiyyəsinin üzvləri artıq belə bir durumla barışmaq istəmirlər. Bələdiyyə daxilindəki mənbənin yerli
KİV-lərə bildirdiyinə görə, S.Əliyevin uzun illər qəsəbədə əldə etdiyi imkanlardan indi bələdiyyə üzvləri pay istəyir: “Masazır ərazisində Siyanfər əliyevə məxsus xeyli sayda torpaq sahələri var. Qəsəbənin müxtəlif yerlərində olan bu torpaqlar maraqlı bir vasitə ilə nişanlanıb. Belə ki, bələdiyyə sədrinin torpaqlarının hamısı üç daş üzərində hasara alınıb.”

Digər etibalı mənbənin verdiyi məlumata görə, Masazır bəlidiyyəsinin sədrinin iki peçatı var. Birindən icra başçısını və aidiyyatı qurumların xəbəri var, digərini isə bələdiyyə sədri gizli saxlayır və qanunsuz işlərinin ara-sıra ikinci peçatla həyata keçirir. Bələdiyyə sədrinin saxtakar və qanunsuz əməlləri bununla bitmir. Etibarlı mənbədən yerli
KİV-lərə daxil olan sənədlərdən görünür ki, Masazır bələdiyyəsinin xaric olan sənədlərin qeydiyyat kitabında açıq aşkar cinayət əməlinə yol verilib. Belə ki, kitabda qeydiyyat ardıcıl qaydada aparılmayıb və bir neçə boş yerlər buraxılıb. Bu boş buraxılmalar isə sonradan bəzi sənədlərin keçmiş tarixə qeydiyyata salınması üçün edilir. Bir neçə belə sənədlərin surəti də redaksiyamıza təqdim edilib və növbəti yazıda bu mövzuya qayıdacağıq.


– Xətai rayonunda 500 dövlət nömrə nişanı ilə qəza törədərək adam öldürən DYP əməkdaşı kim olub?

– Raqub Allahverdiyev bu qəzanı niyə və necə öz üzərinə götürüb?

– Bələdiyyə sədrinin qaynı və əmisi bələdiyyədə necə işə düzəlib

– Masazırda zibil maşınlarının nömrə nişanı olmamasının səbəbləri

– Molulova Reyhan necə bələdiyyə üzvü olub?


Seymur Rəhimov
Emtv.az



Siyanfər Əliyevin Masazırda qanunsuz torpaq alveri: Saxtakarlığın ilginc detalları
Siyanfər Əliyevin Masazırda qanunsuz torpaq alveri: Saxtakarlığın ilginc detalları
Siyanfər Əliyevin Masazırda qanunsuz torpaq alveri: Saxtakarlığın ilginc detalları

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR