SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Donald Tramp Yaponiyada...

25-05-2019, 17:36 | Oxunub: 13 057 |

Donald Tramp Yaponiyada...

Tramp Yaponiyaya təriflər yağdırır, ticarət müharibəsi isə qapının ağzında "Reuters" agentliyi bildirir ki, şənbə günü ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Yaponiyaya uçub. Yüksək səviyyəli qonaq Tokioda xüsusi dəbdəbə ilə qarşılanıb. Paytaxtın "Sky Tree" qülləsi Yaponiyada rəsmi dövlət səfərində olan Amerika prezidentinin şərəfinə qırmız, ağ və mavi işıqılarla bəzədilib. Hər iki dövlət bir daha bütün dünyaya nümayiş etdirir ki, ABŞ ilə Yaponiya arasındakı əlaqələr ən üst səviyyədədir.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, agentlik onu da vurğulayır ki, ABŞ ilə Yaponiya arasında qarşılıqlı ticarətlə bağlı gərginlik getdikcə artır. Bu məqama ötəri toxunan Donald Tramp deyib ki, Yaponiya ABŞ-ın ona verdiyi ticarət imkanlarının üstünlüyündən uzun illər ərzində yararlanıb. Bu o qədər də pis deyil. Bəlkə elə sizə verdiyimiz üstünlüklərə görə bizi daha çox sevmisiz. Bu isə o deməkdir ki, ABŞ bundan sonra Yaponiyaya üstün ticarət imkanları tanımayacaq..

Cənab Tramp bazar günü Yaponiyanın baş naziri Sindzo Abe ilə golf oynayacaq, sumo turnirinə qatılacaq və axşam yeməyində bir araya gələcək.

Agentlik xatırladır ki, ABŞ-la Çin arasında da ticarət müharibəsi gedir. Ticarətlə bağlı ABŞ-la Avropa Birliyi və Yaponiya arasında da münasibətlər gərginləşməkdədir.

ABŞ prezidentinin Yaponiya rəsmiləri ilə Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı da danışıqlar aparacağı ehtimalı var.

Amerika prezidenti bu ayın əvvəlində taxta çıxan yeni imperator Naruhito tərəfindən qəbul ediləcək ilk xarici lider olacaq. Bazar ertəsi imperator və ABŞ prezidenti axşam yeməyində bir araya gələcək.

Yaponiya və baş nazir Sindzo Abe haqqında xoş sözlər deyən cənab Tramp ABŞ-Yaponiya münasibətlərindən məmnun olduğunu vurğulayıb.

"Reuters" bildirir ki, ABŞ prezidentinin Yaponiyaya gəlməsinə bir-iki saat qalmış aşağı gücdə olan Tsunami Yaponiyanı vurub. Ancaq hazırda hər şey qaydasındadır.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR