18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Donald Tramp mayda Yaponiyaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp mayın 26-dan 28-dək Yaponiyaya səfər edəcək.
Emtv.az xəbər verir ki,Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə verilən məlumata görə, səfər çərçivəsində ABŞ prezidenti ilk dəfə yeni İmperator cütlüyü ilə görüşəcək. D.Trampın mayın 1-də taxta çıxacaq yeni imperator Naruhito ilə görüşən ilk xarici ölkə lideri olacağı bildirilir.
ABŞ prezidentinin səfər çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe ilə danışıqlar aparacağı da qeyd edilir. İki ölkə liderlərinin rəsmi görüşü ilə yanaşı, sumo turnirini ziyarət edəcəyi və qolf oynayacağı da bildirilir.
Xatırladaq ki, D.Tramp ABŞ lideri kimi Yaponiya son dəfə 2017-ci ilin noyabrında səfər edib.
Seymur Rəhimov
Emtv.az