SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiya XİN: Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək

23-05-2019, 15:25 | Oxunub: 10 388 |

Rusiya XİN: Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək

ATƏT Minsk qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı məsələ üzrə təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata nazir Sergey Lavrovun "münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi" və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub:

"Bu məqsədlə ATƏT Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və Yerevan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlə məşvərətlər davam edir".

Rusiya XİN-dən bildiriblər ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada keçirilmiş görüş zamanı, tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər:

"ATƏT Minsk qrupunun həmsədrləri bununla bağlı müvafiq təkliflər hazırlayıb və bu təklifləri bu ayın sonunda tərəflərə təqdim edəcək".


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR