18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan-Ermənistan XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb
Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin, eləcə də ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb.
Emtv.az xəbər verir ki, bu barədə ATƏT-ə istinadən məlumat verir.
Qeyd edilir ki, aprelin 15-i Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə işçi görüşü keçirilib: "Onlara ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa, Endrü Şofer - ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qoşulublar".
Sənəddə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyət, həmçinin humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə aparıblar. Münaqişənin həlli ilə bağlı əsas aspektlər istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edilir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəflərin siyasi və diplomatik vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirmək niyyətlərini təsdiqləyiblər: "Nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyətində vəziyyətin gələcək sabitləşməsində maraqlı olduqlarını vurğulayıblar. Onlar həmçinin ailələrə tərəflərin müvafiq mərkəzlərində həbsdə saxlanılan qohumları ilə görüşmək imkanı vermək üçün qarşılıqlı əsasda tədbirlər görməyə razılaşıblar. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla insanlar arasında əlaqələrin qurulmasına dair konkret işə başlamağa hazır olduqlarını bildiriblər".
Bildirilir ki, Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri regionda davamlı sülhə nail olunması istiqamətində vasitəçilik missiyasına sadiq olduqlarını bir daha bəyan ediblər.
Qeyd edilir ki, görüş iştirakçıları yaxın vaxtlarda əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Aynurə Kərimova
Emtv.az