18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Özünü polis kimi təqdim edən dələduz ələ keçdi
Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Emtv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs restoran və ictimai iaşə obyektlərinə zəng edərək özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim edib.
Daha sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili olaraq pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq pulları dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edək ki, saxlanılan şəxsin Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat aldığı müəyyən olunub. O, ifadəsində paytaxtın başqa rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq etdiyini qeyd edib.
Aynurə Kərimova
Emtv.az