18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dələduzluq yolu ilə insanları aldadan şəxs saxlanıldı (FOTO)
Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, 2016-ci ilin iyul ayında Xızı Rayon Polis Şöbəsinə müraciət edən Yaşma sakini Azad Cəlilov qeyd edib ki, İlqar adlı şəxs ona yalan vəd verərək 2015-ci ilin iyul ayında ona məxsuz Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.
Xızı Rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanılaraq istintaqa təqdim edilib.
Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.
Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.