SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Palatanın “Azərsığorta” qərarı BİABIRÇILIQDIR... - “Ya rəhbərlik dəyişməlidir, ya da…”

23-05-2019, 13:54 | Oxunub: 10 988 |

Palatanın “Azərsığorta” qərarı BİABIRÇILIQDIR... - “Ya rəhbərlik dəyişməlidir, ya da…”

Emtv.az xəbər verir ki,Azərbaycanın sığorta bazarında əhəmiyyətli rola malik olan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında maraqlı proseslər gedir. Emtv.az xatırladır ki, bir neçə gün öncə şirkətin fəaliyyətinə palata tərəfindən qoyulan məhdudiyyət qısa müddətdən sonra aradan qaldırılıb. MBNP-nin İdarə Heyətinin dünən qəbul etdiyi qərarla Azərsığorta”ya İcbari Sığorta Bürosunun informasiya sisteminə giriş üçün yenidən icazə verilib.

Ölkənin maliyyə sektorunda “misli görünməyən hadisə”

Ekspertlər palata tərəfindən “Azərsığorta”ya belə bir məhdudiyyətin tətbiq edilməsini “ölkənin maliyyə sektorunda misli görünməyən hadisə” adlandırırdılar. Xatırladaq ki, “Azərsığorta” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanılması səbəbindən ona verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə həmin sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə sözügedən sığorta şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdı. Yəni, “Azərsığorta”ya avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək qadağan edilmişdi. Mayın 17-də bu məlumat yayıldıqdan sonra elə həmin gün “Azərsığorta”nın rəhbərliyi əvvəlcə bəyanat verdi ki, Palata məhdudiyyəti artıq aradan qaldırıb. Yenə həmin gün bir neçə saatdan sonra isə “Azərsığorta” əvvəlki bəyanatını təkzib edərək bildirdi ki, məhdudiyyət qüvvədədir.

Oxşar hadisələr əvvəllər də olub

Bundan əvvəl də oxşar hadisənin – lisenziyanın məhdudlaşdırılması və qısa müddətdə aradan qaldırılması – “Atəşgah” Sığorta Şirkəti ilə bağlı baş verdiyini, palatanın lisenziya məhdudlaşdırması və bir qədər sonra qərarını ləğv etməsinin adi hal aldığını deyən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bütün baş verənlər palatanin sığortaçılarla lisenziya oyunu oynadığı təəssüratını yaradır. “Bu oyunun şərtlərini isə yalnız Palata və sığortaçılar bilir. Hüquq-mühafizə orqanları da araşdırma aparsaydı, biz də bilərdik” deyən ekspert qeyd edir ki, “Azərsığorta”nın lisenziya məsələsi əlahiddədir. Ekspertin araşdırıb ortaya çıxartdığı məlumatlar onu göstərir ki, məhdudiyyət davam edən günlərdə “Azərsığorta”nın rəsmi saytında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının davam etdiyi əksini tapıb: “Axı bu necə ola bilər? Sığortaçı plata ilə hesablaşmır? Məlum olan odur ki, “Azərsığorta”nın ən azı Naxçıvandakı filialları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirməkdə davam edir. Məsələ burasındadır ki, “Azərsığorta” muxtar respublikada icbari sığorta xidmətlərini göstərən yeganə sığortaçıdır. Buna görə də qurumun “Azərsığorta”ya dair qərarı ilk növbədə Naxçıvanın sığorta sektorunu dərhal iflic edib, avtomobillərə dair əqdlərin bağlanması dayanıb. Avtomobillər icbari sığortasız qalıb. Nəinki daxili (avtomobillərin idarə edilməsinə sığortasız etibarnamə verilə bilməz və s.), həmçinin xarici problemlər də yaranıb. O cümlədən gömrükdə: avtomobillərin xaricə getməsinə əngəl yaranıb. Buna görə də muxtar respublikanın təpkisindən sonra palata yarım addım geri çəkilib. Bütövlükdə “Azərsığorta”ya dair qərarı dərhal ləğv etməsə də (eyni gündə iki fərqli qərarı necə versin, necə izah etsin axı?), onun Naxçıvandakı fəaliyyətinə göz yummağa faktiki qərar verib (yəni öz ağıllarına uyğun çıxış yolu tapıblar guya – tam qanunsuzluq və biabırçılıqdır!). Bundan sonra Naxçıvanda əqdlərin bağlanması davam edib. “Azərsığorta” da bunu bütövlükdə məhdudiyyətin aradan qaldırılması kimi qəbul edərək sevincək ilk bəyanatını (sonradan təkzib etdiyi, yəqin Palatanın göstərişi ilə) verib. Mən onda da açıqlama verərək bildirmişdim ki, yaxın günlərdə “Azərsığorta”ya dair məhdudiyyət tam aradan qaldırılacaq. Palatanın sadəcə başqa yolu yox idi. Bir sözlə, bu dəfə Palatanın oyunu baş tutmadı! Lakin hazırda əsas heç Palatanın oyunu da deyil. Bununla hüquq-mühafizə orqanları məşğul olar yəqin. Əsas odur ki, Palatanın rəhbərliyində o qədər naşı insanlar oturub ki, heç ölkənin sığorta bazarından xəbərləri belə yoxdur. Ən azı Naxçıvandan xəbərləri yoxdur. Həmin rəhbər şəxslər o qədər savadsızdır ki, sığortaçıya qadağan edilən fəaliyyət növünün filialı tərəfindən aparılmasına faktiki razılıq veriblər. Halbuki, hər bir filial yalnız mənsub olduğu hüquqi şəxsin fəaliyyətini tam və ya qismən həyata keçirə bilər.

Sonra da deyirik ki, maliyyə sektorumuz niyə bu gündədir. Palata möhtərəm Prezidentimizin təsdiq etdiyi “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ni icra etmək əvəzinə nə ilə istəsən məşğul olur…”

Palata rəhbərliyinin dəyişməsi zərurətdir

AFN-ə açıqlamasında Ə.Həsənov bildirdi ki, bu cür qərar bu il içərisində bir neçə sığorta şirkətinə tətbiq edilib: “Eyni məzmunlu və eyni mətnli qərar MBASK, “AtaSığorta”, “Atəşgah” kimi şirkətlərə tətbiq edilib. Hamısında da yazırlar ki, bu sahədə müqavilələrin bağlanmasında normaları pozublar və palatanın göstərişlərinə əməl etməyiblər. Qərardan görünür ki, bu şirkətlər, o cümlədən də “Azərsığorta” müqavilə bağlayarkən qanunu pozublar. Bu pozuntunun bu qədər qısa müddətdə aradan qaldırılması nə dərəcədə mümkündür? 2-3 günə bütün müştəriləri dəvət etdilər və müqavilə şərtlərini dəyişdilər? Ola bilməz axı. Sonuncu dəfə aprelin 13-də “Atəşgah” və “AtaSığorta”ya belə bir məhdudiyyət tətbiq edildi və 16 gündən sonra götürüldü. Biz hətta onda da demişdik ki, bu müddətdə bu problemin həlli mümkün deyil. İndi necə oldu “Azərsığorta”ya 5-ci gün məhdudiyyət qoydu, növbəti həftənin 2-ci günü ləğv etdi. Arada 1-cə gün iş günü var və o müddətdə də fiziki baxımdan qətiyyən mümkün deyil. Burada qərarın götürülməsində əsas məsələ Naxçıvandan gələn təpki oldu yəqin ki. Güman edirəm ki, Naxçıvanda proses iflic olandan sonra muxtar respublikadan rəhbərlik səviyyəsində təpki gəldi və ondan sonra bunlar orada prosesin davam etməsinə qərar verdilər. Lakin mən bunun daha bir qanun pozuntusu olduğunu yazdıqdan sonra məcbur oldular ki, bütövlükdə qərarı ləğv etsinlər. Faktiki olaraq Naxçıvan məsələsi olmasaydı əlbəttə ki, bunlar belə tezliklə məhdudiyyəti götürməyəcəkdilər”.


Ə.Həsənovun sözlərinə görə, MBNP-nin rəhbərliyinin dəyişməsi artıq zərurətə çevrilib: “Onsuz da palatanın rəhbərliyi müvəqqətidir. İbrahim Alışov başqa olmaqla hamısı icraçıdır və daimi heç kim yoxdur rəhbərlikdə. Mən bir həftə əvvəl də bankların şəffaflıq reytinqini yaymışdım. Prezidentin 2016-cı ildə təsdiq etdiyi strateji yol xəritəsinə görə, palata 2017-2018-ci illər ərzində bankların şəffaflığının artırılması üçün tədbirlər görməli idi, amma heç mövcud tələblərə əməl olunmasını təmin edə bilmir. Palata rəhbərliyi tam naşı, savadsız, işini bilməyən adamlardan ibarətdir. Özü də bu, tək mənim fikrim deyil, maliyyə sektorunun vahid fikridir. Bu baxımdan da mən hesab edirəm ki, bəli, ya palata rəhbərliyi dəyişdirilməlidir, ya da ümumiyyətlə bu qurumun ləğvi də gündəmdə ola bilər. Hər bir halda indiki rəhbərlik maliyyə sektorunu tamamilə pis vəziyyətə qoyacaq”.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR