SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ət yeməyən insanların bədənində nə baş verir? - ARAŞDIRMA

23-05-2019, 12:48 | Oxunub: 12 469 |

Ət yeməyən insanların bədənində nə baş verir? - ARAŞDIRMA

Ət, balıq və toyuq məhsullarının zərərli və ya faydalı olması haqqında hər gün dünya KİV-də yüzlərlə məqalələr yayımlanır.

Təəssüf ki, mətbuatda yayılan tədqiqatların çox az hissəsi faktlara əsaslanır və ya əlavə amillər nəzərə alınmır. Xüsusilə bu qida məhsullarına aiddir, çünki onların tərkibindən başqa bizə həmçinin ətraf mühit, fəallıq səviyyəsi və genetika təsir edir. Bəzi insanlar sadəcə müəyyən məhsulları digərlərindən daha yaxşı mənimsəyə bilər. Beləliklə, mükəmməl pəhriz mövcud deyil.

Emtv.az yerlıi mətbuata istinadən bildirir ki, sağlam qidalanma üzrə məşhur mütəxəssis Maykl Pollanın "Yemək yeyin, amma çox yox. Bitkisəl məhsullara üstünlük verin" fikirləri müasir dövrün mantrası olub. O, şiddətlə tövsiyə edir ki, mağazalarda emal edilmiş kimyəvi tərkibli ərzaqları deyil, ancaq təbii tərkibli məhsullar yemək lazımdır.

"İkincisi, bu, şəxsi məsuliyyətdir: həddi aşmayın. Emosional problemlərin və içkinin arasında əlaqəni tanıyın" , - deyə o, qeyd edib.

Bitki əsaslı qidalanma nədir?

Sosial Tibb İnstitutunda Avstriya tədqiqatçılar komandası və Qrats Tibbi universitetin epidemioloqları 15 yaşdan yuxarı olan 15 000-dən çox avstriyalı üzərin də araşdırma aparıb. Onlardan 1320 nəfərin müayinələri təhlil edilib: 330 vegetarian və 330 meyvə-tərəvəzə çox üstünlük verən və ətyeyən insanlar, həmçinin 330 az və 330 çox ətyeyən insan.

Qrupların tutuşdurulması vaxtı yaş, cinsiyyət və ictimai-iqtisadi amilləri nəzərə alınıb. Bu qrupun 76,4 faizi qadınlar olub, onların 40 faizi 30 yaşdan cavan, 35 faizi 30 ilə 50 yaş arası olub.

Qeyd etmək lazımdır ki, vegetarianlıq ilə bağlı müsbət vədlərə baxmayaraq, qrupda aşağıdakı faktlar tapılıb. Ümumilikdə nəticələr əsasında məlum olub ki, vegetarianların səhhəti tez-tez pisləşdiyi üçün daimi olaraq tibbi yardıma müraciət edir və aşağı həyat keyfiyyətinə malikdir.

O da aşkar olunub ki, vegetarianların xərçəng olmaq riski daha yüksəkdir. Həmçinin nevroloji pozulmalar və depressiyaya daha meyllidirlər.

Ətdən imtina edən insanlarda psixiki pozğunluqların yüksəlməsi riski ilə bağlı bir neçə tədqiqatlar mövcuddur.

Araşdırmalar göstərib ki, vegetarianlar daha çox dərman qəbul edir, nəinki hərdənbir ət yeyən insanlar.

Amma yaxşı xəbərlər də var. Vegetarianlar daha aşağı bədən kütlə indeksinə malikdir, xolesterin, hipertoniya, koronar ürək xəstəliyi və 2-ci tip diabet xəstəliklərindən daha az şikayətlənirlər.

Həmçinin onlar daha yüksək ictimai-iqtisadi statusa malikdirlər, hərçənd korrelyasiya bərabər olmaya bilər. Məsələ ondadır ki, daha aşağı gəlirli bir çox işçilər yüksək keyfiyyətli bitki məhsulları özünə icazə verməyə bilər.

Vegetarianlar həmçinin öz orqanizmlərinin qeydinə çox yaxşı qalır: onlar daha çox məşq edir, daha az çəkir və içirlər. Bədən kütləsinin göstərici və ət arasında korrelyasiya aşkardır.

Çox ətyeyənlər ən yüksək bədən kütləsinin göstəricisinə malikdir. Ən aşağı bədən kütləsi göstəriciləri isə vegetarianlara aiddir.

Yenə də korrelyasiya və səbəb aydın deyil, çünki ət yeyənlər alkoqol istifadəsinə görə daha yüksək səviyyə göstərir ki, bu da daha sürətli və etibarlı sağalmaq üsullarından biridir.

Araşdırma qrupu sonda bu qənaətə gəlib ki, vegetarian pəhrizi seçən avstriyalı yetkinlər daha az sağlamdır (xərçəng, allergiya və ruhi xəstəliklər baxımından), həyat keyfiyyəti aşağıdır və müntəzəm müalicəyə ehtiyacı var. Bu da o deməkdir ki, pəhriz balanslaşdırılmış olmalıdır! Ətin tamamilə rədd edilməsi onun artıq istifadəsi kimi zərərlidir.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR