18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO
Sosial şəbəkələrdə ötən cümə günü Moskvada baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,“Audi Q7 ” markalı avtomobil elektrik dirəyinə dəyərək, iki yerə parçalanıb. Qəza baş verərkən avtomobil saatda 200 kilometr sürətlə hərəkət edirmiş.
Qəza anının görüntüləri olmasa da, qəzadan sonrakı görüntülər hadisə barədə fikir yürütməyə imkan verir. Şəkillərdən aydın göründüyü kimi, lüks minik maşını sürətlə yol kənarındakı dirəyə dəyərək iki yerə bölünüb. Oturacaqlardan biri qoparaq yola düşüb.
Ən maraqlısı budur ki, avtomobilin salonunda qan izi yoxdur. Hadisə şahidlərinin dediyinə görə, sürücü və yanındakı sərnişin bu qəzadan sağ-salamat qurtarıb və hadisə yerindən qaçaraq gizləniblər. Bəzi şahidlər isə sürücünün tək olduğunu bildiriblər.
Hazırda polis faktla bağlı araşdırma aparır.
Aysu Əliyeva
Emtv.az