18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda ölümlə nəticələnən dəhşətli qəzanın görüntüləri
Salyanda iki maşının toqquşduğu dəhşətli qəza sürücünün həyatını aldı.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Salyan şəhərinin Əlibəy Hüseynzadə və Ənnağı Hüseynov küçələrinin kəsişməsində baş verib.
Salyan şəhər sakini 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Neftçalanın Kür-Qarabucaq kənd sakini 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi “NİVA” markalı avtomobil toqquşub.
Zərbənin təsirindən yolun kənarına düşən avtomobillərdən biri aşıb və zədələnərək dəmir yığınına çevrilib.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “NİVA”da olan Salyan sakinləri 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Heseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan RMX-ya aparılarkən “NİVA”nın sürücüsü yolda keçinib.
Qəzanın səbəbləri hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az