18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xavi də getdi
İspaniya millisi və "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ötən gün son oyununa çıxıb. O, Qətərin "Əl-Sədd" klununun hyətində Asiya Çempionlar Liqasında "Perspolis"lə görüşdən sonra meydanı birdəfəlik tərk edib. Xavinin "Əl-Sədd"də qalaraq məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.
Qeyd edək ki, uzun illər "Barselona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə Superkubokunun, 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatının qalibidir.
O həmçinin, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.
Nəzrin Abbaszadə
Emtv.az