18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Barselona" prezidentliyinə namizədin Qvardiola vədi
"Barselona"nın sabiq prezidenti Xoan Laporta yenidən bu vəzifəni icra etmək istəyir.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu tanınmış iş adamı özü açıqlayıb.
O bildirib ki, 2021-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək fikrindədi. Laporta bununla bağlı fəaliyyətə də başlayıb. "Barselona" azarkeşlərinin sevimli prezidenti kimi tanınan 57 yaşlı sabiq rəhbər seçiləcəyi təqdirdə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı qaytarmağa çalışacağını deyib.
Qeyd edək ki, Xoan Laporta 2003-2010-cu illərdə Kataloniya klubuna rəhbərlik edib. "Barsa" onun başçılığı altında 4 dəfə La Liqanın, 1 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, 2 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə isə Klublararası Dünya Çempionatının qalibi olub.
Nəzrin Abbaszadə
Emtv.az