18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Göyçayda külək evlərin damını uçurdu, ağacları aşırdı
Ölkə ərazisində baş verən güclü külək Göyçayda ciddi fəsadlar törədib.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.
Onun sözlərinə görə, əsən güclü külək nəticəsində çoxlu sayda ağaclar qırılıb: "Ağacların əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb. Bir neçə evin dam örtüyü uçub, bir çardaq və bir avtomobil qarajının üzərinə ağac düşüb".
Komissiya sədri deyib ki, kəndlərin 80 faizində elektrik enerjisinin verilişi dayanıb: "Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur".
Hazırda komissiya yerlərdə ev və obyektlərə baxış keçirir, dəymiş ziyan müəyyənləşdirilir. Xoşbəxtlikdən insan tələfatı baş verməyib.
Aynurə Kərimova
Emtv.az