18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Evlərin damı, divarları uçub - Zaqatala İcra Hakimiyyəti
Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda Rayon Fövqəladə Hallar Komisiyyası iclas keçirir və dəymiş ziyan araşdırılır:
"Ötən gün saat 22:30-dan hökm sürən sərt hava şəraiti rayon və ətraf kəndlərdə fəsadlar törədib. İlkin məlumata görə, yağan güclü yağış və əsən külək irigövdəli ağacları aşırıb. Bununla yanaşı, külək yaşayış evlərinin damını uçurub, istinad divarlarını aşırıb və həyətyanı sahədə olan maşınlara da ziyan dəyib".
İcra rəsmisi, həmçinin qeyd edib ki, rayona düşən dolu da bəzi fəsadlara səbəb olub.
Sevinc Əlimova
Emtv.az