17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elmar Məmmədyarov bir sıra görüşlər keçirib
Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.
Emtv.az xəbər verir ki,Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.
Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.
Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.
Sevinc Əlimova
Emtv.az