17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan “Avroviziya”nın finalında - YENİLƏNİB + FOTO
Xəbər verdiyimiz kimi bu gecə “Avroviziya - 2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirildi.
10 ölkə - Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta finala vəsiqə qazandı.
Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə yarışı tərk etməli oldu.
00:36
Xəbər verdiyimiz kimi “Avroviziya -2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirilir.
Emtv.az xəbər verir ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev 18-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış etdi.
Çingiz ifası zamanı bir neçə dəfə muğam boğazları edərək mahsına daha da rəng qatdı. Səhnə şousunda möhtəşəm lazer və işıq effektləri Çingizin çıxışını əhəmiyyətli dərəcə də ən güclü nömrələrdən biri etdi.
Hazırda yarışmada səs verməyə start verilib.
Qeyd edək ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səs vermə hüququna malikdir.
16 may.23:16
İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sözügedən yarışma hazırda birbaşa olaraq İTV-nın efirində canlı yayımlanır. Bu gecə 18 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq üçün mübarizəyə başlayıb.
Bu gün ki ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan çıxış edəcək.
Yuxarıda qeyd edilən ölkələr ilə yanaşı həmçinin böyük beşlik ölkələrindən Böyük Britaniya, İtaliya, Almaniya təmsilçiləri ifalarını təqdim edəcəklər.
Bununla yanaşı gecəni daha da yadda qalan və rəngərəng etmək üçün“Shalva Band” musiqi qrupunun ifası təqdim olunacaq, eləcə də illuzionçu Lior Suxard mistik şousunu sərgiləyəcək.
Nəzərinizə çatdıraq ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.
Ötən gün münsiflər heyəti artıq öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.
Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin ifa və səhnə şousu baxımından güclü olması buna zəmin yaradıb.
Nəzrin Abbaszadə
Emtv.az