18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gəncədə kişi narkotiklə saxlanıldı, evindən silah çıxdı
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılıb.
Emtv.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun üzərinə baxış zamanı 286 həb sayında və ümumi çəkisi 178.5 qram narkotik vasitə hesab edilən “Metodon” və bir ədəd soyuq silaha bənzər turist bıçağı aşkar edilib.
Saxlanılan şəxsin evinə baxış zamanı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən heroin və bir ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı, iki ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə metafetaminə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Rəhimov
Emtv.az