SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şəki təhsilinin durumu nazirliyi də qane etmir, amma...

17-05-2019, 14:51 | Oxunub: 10 277 |

Şəki təhsilinin durumu nazirliyi də qane etmir, amma...

Emtv.az xəbər verir ki,Şəki təhsilinin durumu nazirliyi də qane etmir, amma...

2018-2019-cu tədris ilinin başa çatmasına bir aydan da az bir vaxt qalıb. Ceyhun Bayramovun Azərbaycanın təhsil sisteminə rəhbərliyə başladığı bu ilk ildə nə kimi yeniliklər baş verdi və yaxud da təhsil sahəsində bu il nələrlə yadda qaldı.?Yeniliklər barədə zənnimizcə deyiləsi hec nə yoxdu. Yaddaqalan hadisələr isə çox oldu. Xüsusən də Bakı şəhərində bir neçə orta məktəblərdə müəllimlərin və direktorların səhlənkarlığı ucbatından bir şagird özünü məktəbin üçüncü mərtəbəsindən atdı, digər bir məktəbdə isə müəllimlərin qaba davranışından təngə gəlmiş şagirdin evdə dərman içərək ağır vəziyyətdə xəstəxanaya çatdırılması oldu.. Azərbaycanda təhsil sistemində problemlərin aradan qaldırılması əvəzinə yeni problemlər çıxır. İnformasiya-kommunikasıya vasitələrinin inkişaf etdiyi bir dövrdə orta məktəblərdə baş verənlərə biganə qalmaq cəmiyyətdə heç də birmənalı qarşılanmır. Ölkənin paytaxtında, orta məktəblərdə baş verənlər cəmiyyətə nə qədər tez çatırsa, bölgələrdə,xüsusən də ucqar dağ rayonlarının təhsil sistemində baş verənlər,orta məktəblərdəki özbaşınalıqların çoxundan nəinki cəmiyyətin, heç Təhsil Nazırliyinin də xəbəri olmur.

Götürək elə Şəki rayonunu. Məlum olduğu kimi, Şəki əhalinin sıxlığı baxımdan və ərazisinə görə ən böyük rayonlarımızdan biridir. Təkcə Şəki rayonunda 100 yaxın, dəqiq desək 96 orta umumtəhsil məktəbi var. Bu rayonun orta məktəblərində baş verənlərdən isə heç kimin xəbəri olmur. Əslində Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun da, rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın və digər bu sahəyə nəzarət edən bütün səlahiyyətli şəxslərin hamısının da, hər şeydən çox yaxşı xəbərləri var. Onlar sadəcə hər şeyi ustalıqla gizləyə bilirlər. Amma nə vaxta qədər?

Ötən günlərdə aktualinfo.org onlayn qəzetdə yayımlanmış Şəki rayonunun təhsil sistemində baş verənlərlə bağlı yazını oxucuların yadına bir daha salmaq istərdik. Sözügedən yazıda rayondakı orta ümumtəhsil məktəblərindən bir neçəsinin, xüsusən də Şəki şəhərindəki nümunəvi məktəblərdə dərsə davamiyyətin olmadığı barədə məlumat yaymışdıq. Redaksiyamıza məlumat verən verən Şəki sakinlərinin sözlərinə ötən həhtə Təhsil Nazirliyindən Şəkiyə getmiş nümayəndələrin qəflətən orta məktəblərdə peyda olması qanıqaraçılıq yaradıb. Belə ki, şəhərdəki 3 və 10 saylı tam orta məktəblərdə yuxarı sinif şagirdlərindən 3-5 şagird olub. Məlumata görə müəllimlər şagirdləri məktəbə çağıra bilməyiblər. Çünki şagirdlərin böyük əksəriyyətinin adları orta məktəbdə getməsinə baxmayaraq, özləri Bakıda ya hazırləıq kurslsrına, ya da, repetitor yanına gedirlər. Verilən məlumatlara görə 3 saylı məktəbin direktoru Bünyamin Baxışov isə gününü yeyib-içməkdə keçirir. Hardandı bir məktəb direktorunda restoranlarda vxərcləməyə bu qədər pul? Deyək siz də bilin. Veilən məlumatlara görə şagirdləri repetitor yanına buraxmaqdan, fakultativ məşğələlərdən və dərnəklərdən.

Qeyd edək ki, analoji vəziyyətlə Təhsil Nazirliyininn nümayəndələri Şəki şəhərində fəaliyyətdə olan digər məktəblərdə də qarşılaşıblar. Onlar paytaxta hansı təəssüratlarla qayıdıblar, deyə bilməırik. Bu yoxlamalardan sonra Təhsil Nazirliyi nə kimi tədbirlər görəcək, əvvəlcədən onu da deyə bilmərik. Amma yoxlamaların nəticələrindən asılı olmayaraq onu deyə bilərik ki, rayon Təhsil Şöbəısinin müdiri Südabər xanım İsmayılovanın bu kimi qanunsuzluqlara yol verməsi bunlarla bitmir. Məlum olduğu kimi Təhsil Nazirliyi dağ rayonlarda qış aylarında məktəbləri isitmk məqsədi ilə oduncaq alınması üçün kənd məktəblərinə kifayət qədər vəsait ayırır. Həmin vəsaitlər rayon Təhsil Şöbələrinə köçürüldükdən sonra nə alınır, heç kim bilmir. Qeyd etdiyimiz kimi Şəkidə 100-ə yaxın orta məktəb fəaliyyət göstərir. Onlardan Şəki şəhərinin mərkəzindəki orta məktəbləri çıxdıqdan sonra rayon kənd məktəblərinə ayrılan oduncaq pulu Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, rayon Maliyyə İdarəsinin müdiri və İcra Hakimiyyətinin başçısı arasında bölüşdürülür. İl ərzində məktəblərə oduncaq alınması üçün nə qədər vəstin köçürülməsindən xəbərimiz olmasa da, yerlərdə oduncaqları almaq üçün pulun məktəb direktorlarının göstərişləri ilə valideynlərdən yığıldığından isə xəbərimiz var.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR