18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Milli Məclisdə deputatlar sədirə etiraz etdilər
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar arasında gərginlik yaşanıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, deputatların “söz davası”na millət vəkili Fazil Mustafanın rüsumlarla bağlı qanun layihəsinin müzakirəsi zamanı digər mövzulara toxunması səbəb olub.
Belə ki, F.Mustafa bir sıra səfirliklərin Azərbaycan vətəndaşlarının Şengen vizası üçün ödədiyi rüsumu mənimsədiyini bildirib. O, bu sahədə boşluqların doldurulmalı olduğunu vurğulayıb.
Bundan başqa, o, hava limanlarına giriş üçün taksi sürücülərinin ödədiyi rüsumdan da danışıb.
Deyib ki, vətəndaşlar məcburiyyət qarşısında aeroporta taksi ilə gedir, bir taksi isə 10 dəqiqəlik giriş üçün hava limanına pul ödəyir. Deputat bu rüsumun ləğv olunmalı olduğuna diqqət çəkib.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə millət vəkil vəkilinə irad bildirib:
“Fazil müəllim, dediklərinizin müzakirə olunan məsələyə nə dəxli var axı?! Bu fikirlərinizi “Facebook”da, “Twitter”də mediada deyə bilərsiniz. Axı bu məsələlərin qanun layihəsinə heç bir aidiyyəti yoxdur. Xahiş edirəm, müzakirə olunan məsələdən danışın. Sanki çoxunuz ürəyinizi boşaltmaq istəyirsiniz”.
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov isə birinci vitse-spikerlə razılaşmayıb:
“Elə məsələlər var ki, onları sosial şəbəkələrdə, “Facebook”da demək o qədər də səmərəli olmur. Həm də bura Milli Məclisdir, millət vəkilləri onları, xalqı narahat edən məsələləri məhz burada deməlidirlər. Bu, bizim hüququmuzdur”.
Seymur Rəhimov
Emtv.az