SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Oqtay Şİrəliyev sonuncu səhiyyə naziri ola bilər... - Səlahiyyətləri əlindən alınıbsa...

16-05-2019, 13:47 | Oxunub: 9 819 |

Oqtay Şİrəliyev sonuncu səhiyyə naziri ola bilər... - Səlahiyyətləri əlindən alınıbsa...


2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək.

Emtv.az xəbər verir ki,bu sözləri yerli mətbuata xəstəxana və poliklinikaların Səhiyyə Nazirliyindən alınmasından sonra bu qurumun görəcəyi işlər barədə danışan millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) pilot layihə kimi uğurlu nəticə verib:

“İTS vətəndaşlara istər profilaktika nöqteyi-nəzərdən, istərsə də müalicə nöqteyi-nəzərdən xidmət edən qurumdur. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamda da bütün bunlar öz əksini tapıb. Buna görə də 2020-ci ildən başlayaraq, Azərbaycan əhalisinə səhiyyə xidməti İcbari Tibbi Sığorta vasitəsiylə həyata keçiriləcək. Səhiyyə Nazirliyi isə dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək. Onun balansında olan bir sıra müəssisələr var ki, onlar TƏBİB-ə tabe edilməyəcək. Məsələn, Azərbaycan Tibb Universiteti və digər bu kimi digər müəssisələr. İcbari Tibbi Sığorta Agentliyi profilaktika və müalicə sahəsində icraçı qurumdur. Amma bu profilaktika qaydalarının, müalicə protokollarının həyata keçirilməsi və nəzarəti Səhiyyə Nazirliyinin funksiyalarına aiddir. Səhiyyə Nazirliyi gələcəkdə İcbari Tibbi Sığortanın keyfiyyətini müəyyənləşdirəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalayıb.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR