SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxır

7-07-2017, 13:03 | Oxunub: 9 928 |

Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxır
Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrin bir neçəsinin adı məlum olub.


Emtv.az xəbər verir ki, bununla bağlı report-a açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.

O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də bu sıraya daxil ediləcək: “Planda bütün tibb müəssisələri var. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirdiyinə görə bu müəssisələr publik hüquqi şəxs formasında olacaq. Sadəcə bu zaman tibb müəssisələrinin daha çox imkanları olacaq, yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər”.

Nazirlik rəsmisi xatırladıb ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, “Publik hüquqi şəxs haqqında” qanun qüvvəyə mindikdən sonra ölkədə dövlət tibb müəssisələrinin statusu dəqiqləşib: “Əvvəllər bu sahədə pərakəndəlik var idisə, bundan sonra konkretlik olacaq. Hazırda bu məsələ üzərində iş gedir və yekunlaşmaq üzrədir. Bütün bu işlər ölkədə icbari tibbi sığortanın tədbiqinə kömək edir”.

O qeyd edib ki, pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir: “Bundan sonra tariflər müəyyən ediləcək. Bütün dövlət tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək. Təbii ki, özəl tibb müəssisələrində ödənişlər fərqli ola bilər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR