18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ölkəyə qanunsuz yolla mobil telefonlar və siqaret gətirilməsinin qarşısı alındı - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz C 240" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.
Emtv.az xəbər verir ki,Dövlət Gömrük Komitəsindən yerli mətbuata verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilmiş saxlanc yerindən 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy A6+" markalı mobil telefonlar və 800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.
Digər bir əməliyyatla Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Nissan Maxima" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön oturacaqlarının altında - xüsusi düzəldilən gizli saxlanc yerində 20 ədəd "Xiaomi Mi 9 SE" markalı mobil telefon, arxa buferin içində isə 5 ədəd mobil telefon qutusu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az