SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Biznesmen övladlarının lüks həyatı – Feyziyevlərin milyonluq avtomobilləri – FOTOLAR

14-05-2019, 13:56 | Oxunub: 14 490 |

Biznesmen övladlarının lüks həyatı – Feyziyevlərin milyonluq avtomobilləri – FOTOLAR

"Clear” və "İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşlarının milyonluq həyatı…

Biznesmen, məmur övladlarının lüks həyatlarını nümayiş etdirməsi ənənə halını alıb. Atalarının, qohumlarının pulu hesabına zəngin həyat tərzi sürənlər bunu əsasən "İnstagram” hesablarında foto paylaşaraq göstərməyə çalışırlar. Bu hal "Clear” və "İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanlarına da aiddir.

Emtv.az xəbər verir ki, otellərin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Yerli mətbuatda qardaşlar haqqında kifayət qədər material dərc edilib. Belə ki, məlumata görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar.

Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində keçmiş MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi – red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar.

Avtomobillərin bahalı olması ilə yanaşı dövlət nömrə nişanları da xüsusi seçilir. Göstəriş sevən gənclər bu məsələdə də maksimum diqqət çəkəcək nömrə ilə maşın idarə edir, fotolarını paylaşırlar.

«İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər.

Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb.

Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir. Ölkənin ən lüks məkanlarında əyləncələr, Avropada, Dubayda istirahət, minlərlə manat dəyərində olan avtomobillər…

Məsələn, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Buraya 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass», 90 FL 090 nömrəli «Mercedes Galenvagen», 90 UO 909 nömrəli «Mercedes-Benz G-Klasse» daxildir.

Daha sonra minval.info onu da qeyd edir ki, "Clear” və "İron” otellərinin də adı yetərincə qalmaqalda keçir. Məsələn, bu otellərdə qadın alverinin olması, hətta bu yolla çoxlarının şantaj edilməsi də iddia edilir. Belə ki, yerli mediada yazılan iddialara görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor və hazırda həbsdə olan Akif Çovdarovun təkidi ilə həmin hotellərə gizli kamera yerləşdirilib. Bunun sayəsində isə xeyli sayda imkanlı adamın övladı "toru”na düşüblər. Onların intim görüntüləri gizli şəkildə çəkilərək, şantaj vasitəsi kimi özlərinə qarşı istifadə olunub.

Feyziyevlərin lüks həyatlarını özündə əks etdirən fotoları təqdim edirik:

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR