18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“"Satılır” sözünə görə heç bir sürücü cərimələnə bilməz"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) maşınların üzərində "Satılır" sözü yazanların cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Emtv.az bildirir ki, İdarənin Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev yerli mətbuata açıqlamasında bildirib ki, son bir neçə ildə belə bir açıqlama verməyib:
"Ötən gün mətbuatda mənim adımdan avtomobillərin üzərində "Satılır" sözü yazanlara cərimə tətbiq ediləcəyi ilə bağlı məlumat yayılsa da, mən son bir il ərzində heç bir media qurumuna belə açıqlama verməmişəm.
Ola bilər ki, 3-4 il əvvəl avtomobillərin üzərinə "Satılır" sözü yazıb və piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı verdiyim açıqlamadan istifadə ediblər. Həmin vaxt mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam".
"Avtomobillərin üzərində olan və onun hansı şirkətə məxsus olduğunu bildirən loqotiplər reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunduqda, sürücü cərimə oluna bilər", - deyə şöbə rəisi qeyd edib.
Qeyd edək ki, mətbuatda üzərinə "Satılır" elanı vurulmuş avtomobillərə görə 2000 manatadək cərimə tətbiq ediləcəyi barədə xəbər yayılıb.
Nəzrin Abbaszadə
Emtv.az