18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəhidlər və Fəxri Xiyabanlar da bələdiyyələrə veriləcək
Nazirlər Kabinetinin qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı müvafiq qərarında Şəhidlər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:
“Məsələ barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə heç bir əlaqəsi yoxdur”.
Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil:
“Nazirlər Kabinetinin qəbiritanlıqlarla bağlı təsdiqlədiyi sənədə görə, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır. Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili hamısı öz əksini tapıb”.
Nəzrin Abbaszadə
Emtv.az