SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda narkotik alverçiləri tutuldular - FOTO

7-05-2019, 11:39 | Oxunub: 8 979 |

Azərbaycanda narkotik alverçiləri tutuldular - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Emtv.az xəbər verir ki,Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, Lerik rayonu ərazisində keçirilən əməliyyat zamanı Lənkəran sakini Əfqan Ağayev 1 kiloqram 210 qram narkotik vasitə olan tiryəki 7000 manata satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. O, ifadəsində narkotik vasitələri tanışı İlham adlı şəxsdən 4000 manata aldığını bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini İlham Əsgərov da tutularaq istintaq təqdim edilib. O, ifadəsində Ə.Ağayeva tiryək satdığını etiraf edərək, həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 1800 manata aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Lənkəran şəhər sakini Müşfiq Şükürov da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 405 qram qururulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Seymur Rəhimov
Emtv.az



Azərbaycanda narkotik alverçiləri tutuldular - FOTO
Azərbaycanda narkotik alverçiləri tutuldular - FOTO
Azərbaycanda narkotik alverçiləri tutuldular - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR