18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ordubad internat məktəbində humanitar tibbi aksiya
Emtv.az xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən yerli mətbuata verilən xəbərə görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil ediblər.
Ambulator müayinələr zamanı İnternat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdlər ümumi cərrahi, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 3 uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan onlar müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət ediliblər.
Humanitar aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları ilə, hər iki valideynini itirmiş 6 şagird geyim dəsti ilə təmin edilib. Həkim, müəllim və şagirdlər üçün açılmış çay süfrəsində səhiyyəylə bağlı maarifləndirici iş aparılıb.
Sevinc Əlimova
Emtv.az