SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nazirlikdən Salyanda qəzaya uğrayan məktəblilərlə bağlı AÇIQLAMA: "Günahkarı müəyyənləşdirmək sonranın işidir"

6-05-2019, 14:15 | Oxunub: 10 874 |

Nazirlikdən Salyanda qəzaya uğrayan məktəblilərlə bağlı AÇIQLAMA: "Günahkarı müəyyənləşdirmək sonranın işidir"

Məktəbliləri idman yarışına aparan mikroavtobusun Salyanda qəzaya uğraması faciəli bir hadisədir. Dünyasını dəyişən uşağın valideynlərinə başsağlığı veririk.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

O, bu gün "Vita" markalı avtomobillə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisində qəzaya uğrayan hadisəyə münasibətini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, məktəblilər Cəlilabadda keçiriləcək yarışa gedirmişlər:

"Həmin məktəblilər Şirvandandır. Onlar Cəlilabadda keçiriləcək Heydər Əliyevin 96 illiyi ilə əlaqədar olaraq güləş turnirinə gedirmiş. Bu turnir bizim nazirlik, həmçinin Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq olunan yarış idi. Təəssüf ki, belə bir qəza baş verib.

Hazırda hadisə yerində nazirliyin iki əməkdaşı var. Onlar Salyan Rayon Xəstəxanasında yaralıların durumu ilə maraqlanırlar. Nazirlik bu məsələdə əlindən gələn hər bir dəstəyi verməyə hazırdır. Bu qəzada kimin günahının olmasının müəyyənləşdirilməsi sonranın işidir".

Qeyd edək ki, bu faciəvi hadisə nəticəsində yeddi şagird və bir məşqçi-müəllim yaralanıb. Avtomobili müəllim idarə edib. Bu qəza nəticəsində 11 yaşlı İlkin Əhmədov dünyasını dəyişib.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR