18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bayılda yeniyetmə maşın pəncərəsindən uçub
Bakının Səbail rayonunda 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Bayıl qəsəbəsində qeydə alınan hadisə zamanı 3 minik maşını toqquşub.
Muradov Şahin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə yol hərəkəti qaydasını pozaraq "anidən dönmə" əməliyyatı edib.
Arxadan gələn Qadir Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil "Jiquli"-yə çırpılıb.
Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobildə olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn "Toyota" markalı avtomobilə dəyib.
"Hyundai" markalı maşın isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayanıb.
Qəza zamanı "Jiquli"-nin sürücüsü Şahin Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Zöhrə Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
"Hyundai" markalı avtomobilin sürücüsü Qadir Məmmədov və onun anası da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
"VAZ 2107"markalı avtomobildə olan yaralılardan Zöhrə Muradlının vəziyyəti ağırdı.
Faktla bağlı araşdırma aparılır.
Sevinc Əlimova
Emtv.az