17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı Slavyan Universitetində ciddi maliyyə maxinasiyaları
Hesablama Palatasının Bakı Slavyan Universitetində (BSU) apardığı yoxlamalar nəticəsində ciddi yeyinti faktları aşkarlanıb. Həm Nurlana Əliyevanın timsalında BSU rəhbərliyi susur, həm də müvafiq qurumlar aidiyyatı üzrə araşdırmanı davam etdirmirlər. Çünki ortaya daha ciddi faktlar çıxarıla bilər.
Emtv.az xəbər verir ki, BSU-nun balansındakı buraxılış ili 1997-ci il olan “QAZ-3110” markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib. Bu maxinasiya Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.
Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb. Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib.
Daha sonra bizimdovr.az onu da qeyd edib ki,audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb. Amma BSU-nun rektorluğu və mühasibatlığı tərəfindən heç bir rəsmi açıqlama verilməyib, Hesablama Palatasının aşkarlığı fakt üzrə hüquq-mühafizə orqanlarına materialların təqdim edilib-edilmədiyi bildirilmir. Görəsən benzin maxinasiyasına yol verənlər hansı “diplom”un sahibidirlər ki, ağıllarından belə işlər də keçir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Sevinc Əlimova
Emtv.az