17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ
Sumqayıt sakini həkim səhlənkarlığından şikayət edib.
Emtv.az xəbər verir ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində çalışan həkim- cərrah Fuad Ağayev Bəxtiyar Hüseynov adlı şəxsin qolunu kəsib.
Daha sonra dia.az onu da qeyd edib ki,şikayətçinin sözlərinə görə, həkim sol qolunu əməliyyat edən zaman sağlam sümüyünün kəsdiyini deməyib:
"Düşünürdüm ki, Fuad həkim qolumu əməliyyat edəndən sonra tez sağalacam. Yenidən işləyib ailəmi dolandıracam. Ancaq tam əksi oldu, sən demə, mənim əziyyətim irəlidə imiş".
B. Hüseynov qeyd edib ki, əməliyyatdan bir il keçsə də, qolunda şiddətli ağrılar var:
"Həkim qolumda sümük çatmadığı üçün ayağımı əməliyyat edib sümük götürmüşdü. Əvvəl sümük bitməli, sonra qoluma qoyulan plastiki çıxartmalı idi. Ancaq əməliyyatdan bir ay sonra həkim qolumu rentgen etdi və plastiki götürəcəyini dedi. Mən qolumda əyrilik hiss edirdim, hətta qolumun əyri bitdiyini söylədim. Ancaq həkim əhəmiyyət vermədi. Artıq bir il keçsə də, qolumda şiddətli ağrılar var. Qolumu hərəkət etdirə bilmirəm. Ağrıkəsicilərlə yaşayıram".
Seymur Rəhimov
Emtv.az