SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

”Torpağım parçalanaraq 5 nəfərə satılıb”

2-05-2019, 13:44 | Oxunub: 7 771 |

”Torpağım parçalanaraq 5 nəfərə satılıb”

Emtv.az xəbər verir ki,“6 ildir ki, mülkiyyətimdə olan torpağım ayrı-ayrı adamlara satılıb, məhkəmələr gedə-gedə torpaqlarda evlər tikilib, o evlərdə çoxdandır ki, yaşayış da var, məhkəmələr hələ də davam edir, Çıxarış əlimdə, torpağıma kənardan baxıram, mülkiyyət hüquqlarımı bərpa edə bilmirəm”.

Gəncə şəhər sakini Elşad Məmmədov danışır ki, 2007-ci ildə Göygölün Quşqara kəndi (hazırkı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əriklik bağı) ərazisində xalasının adına 21 sot torpaq sahəsi alıb. Sonradan torpağı öz adına sənədləşdirib. Əlində torpağa dair hər biri sənədi, o cümlədən, mülkiyyət hüququnu təsdiqləyən Çıxarışı da var. 2013-cü ildə işləriylə əlaqədar Türkiyədə olarkən və düşdüyü avtoqəzadan sonra müalicə alarkən xəbər tutub ki, torpaq sahəsi hissə-hissə, ayrı-ayrı adamlara satılıb. Onun ailə üzvləri torpaq üzərində tikinti işlərini dayandırmağa cəhd etsə də, alınmayıb. Müalicələrdən sonra Gəncəyə qayıdan Elşad Məmmədov tikinti aparan ayrı-ayrı adamlara torpağa dair sənədlərini göstərsə də, ona bildiriblər ki, torpaqları Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafayevdən alıblar.

“Məhkəmələr saxta sərəncamları ləğv edib, amma…”

“Hərəsinin əlində bir saxta sərəncam vardı. Torpağa sərəncam alarkən əvvəlcə o torpağa dair kadastr sənədi təqdim olunmalıdır. Bu adamlarda isə o sənəd ola bilməzdi, çünki aldıqları torpaqlar hər yerdə mənim adıma idi. Məhkəmələr də bunları nəzərə alıb, onların sərəncamlarını ləğv eləyib. Torpağı alanlardan biri Şəmkir MTN-də işləyən Elşən İsgəndərovdur, sonradan arvadı Qətibə İsgəndərovanın adına sənədləşdirib. Bir hissəsini isə Gəncə Kənd Təsərrüfatı Akademiyasının (hazırkı Gəncə Aqrar Universitetinin) dekanı Məhərrəm İsmayılov oğlu Nicat İsmayılovun adına alıb. Qalan hissəsi də üç digər şəxsə satılıb,” – Elşad Məmmədov deyir.

Qarşı tərəfin iddiaları təmin olunmayıb

Elşad Məmmədov Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Məhərrəm İsmayılova, Rəsmiyyə Babayevaya, Elşən İsgəndərova, Səadət Qocayevaya və Əli Məmmədova qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi, mülkiyyət hüququnun qorunması iddiası qaldırıb. İddia tam təmin olunub. Digər bir iddia əsasında həmin şəxslərə verilmiş sərəncamlar da ləğv edilib. Qarşı tərəflərin yuxarı məhkəmələrə verdikləri apelyasiya və kassasiya şikayətləri təmin olunmayıb. Onların Gəncə İnzibati İqtisad Məhkəməsində Əmlak Komitəsinə qarşı Çıxarışın ləğvi iddiası da təmin olunmayıb və yuxarı məhkəmələr qərarı qüvvəsində saxlayıb. Beləliklə, son 6 il gah Elşad Məmmədovun beş nəfəri, gah da həmin beş nəfərin birləşərək Elşad Məmmədovu – mülkiyyətçini məhkəməyə verməklə keçib. Bütün məhkəmələr, ekspertiza rəyləri Elşad Məmmədovun xeyrinə olub.

Qarşı tərəfin iddiaları təmin olunmayıb

Elşad Məmmədov Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Məhərrəm İsmayılova, Rəsmiyyə Babayevaya, Elşən İsgəndərova, Səadət Qocayevaya və Əli Məmmədova qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi, mülkiyyət hüququnun qorunması iddiası qaldırıb. İddia tam təmin olunub. Digər bir iddia əsasında həmin şəxslərə verilmiş sərəncamlar da ləğv edilib. Qarşı tərəflərin yuxarı məhkəmələrə verdikləri apelyasiya və kassasiya şikayətləri təmin olunmayıb. Onların Gəncə İnzibati İqtisad Məhkəməsində Əmlak Komitəsinə qarşı Çıxarışın ləğvi iddiası da təmin olunmayıb və yuxarı məhkəmələr qərarı qüvvəsində saxlayıb. Beləliklə, son 6 il gah Elşad Məmmədovun beş nəfəri, gah da həmin beş nəfərin birləşərək Elşad Məmmədovu – mülkiyyətçini məhkəməyə verməklə keçib. Bütün məhkəmələr, ekspertiza rəyləri Elşad Məmmədovun xeyrinə olub.

“Ekspertlər də bezib”

“Son vaxtlar qarşı tərəfin Ali Məhkəməyə yol tapması nəticəsində rüşvətxor hakimlər indiyədək verilən bütün qərarları alt-üst edib. Əvvəllər kassasiya şikayətləri mənim xeyrimə idisə, indi Ali Məhkəmə qarşı tərəfdən gələn kassasiya şikayətlərini təmin edir, təkrar ekspertiza keçirilməsi üçün işləri apelyasiya instansiyasına qaytarır. Halbuki, eyni məsələlər üzrə bundan əvvəl Ali Məhkəmə çoxdan öz qərarlarını vermişdi. Necə olur ki, indi eyni məsələlərə əks qərarlar verir? Təsəvvür edin ki, ekspertlər eyni ərazini ekspertiza etməkdən beziblər. Hər dəfə məhkəmələr təkrar ekspertiza təyin edəndə, ekspertlər gələndə deyirlər, “yenə bu torpaq…” Ekspertlərin verdikləri bütün rəylərdə göstərilib ki, “… üzərində tikintilər aparılan torpaq sahələri Elşad Məmmədovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür”. Məhkəmələr də bu rəylərə, əlimdəki sənədlərə baxıb mənim xeyrimə qərarlar çıxarıblar. Ali Məhkəmə də əvvəllər bu qərarları qüvvədə saxlayıb,” – şikayətçi deyir.

Daha sonra dia.az onu da qeyd edib ki,Elşad Məmmədovun sözlərinə görə, məhkəmələr vaxtı tikintilər dayandırılmalı olduğu halda, davam edib və geniş evlər tikilib, hazırda yaşayış da var.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR