17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Abidin Fərzəliyevin “gəzən kababxana”ları…
Emtv.az xəbər verir ki,Nərimanov rayon İcra Hakimiyyətinin qərarını əlində əsas tutaraq Nərimanov parkı ətrafında “iaşə obyekti” adı altında kababxanaların sayı durmadan artır.
Yeni bir obyekt isə 5 saylı uşaq stomotoloji poliklinikasının qarşısında yerləşdirilib. Əvvəlcə avtobus kimi “gəzən obyekt” şəklində poliklinikanın qarşısında yerləşdirilən kababxana həm sakinlər, həm də poliklinika əməkdaşları tərəfindən narazılıqla qarşılanıb.Çünki əvvəlcə avtobus yerləşdiriləndən sonra arxasında olan “qazon” hissə də sonradan dəmir konstuksiya ilə qaynaqlanaraq ətrafı hasara alıb. gediş gəlişin qarşısını alır.
“Əgər sabah poliklinikada yanğın hadisəsi baş verərsə, bunun qarşısını almaq mümkün olmayacaq, çünki poliklinika hər tərəfdən Abidin Fərzəliyevin obyektləri ilə əhatə olunub. Digər tərəfdən qarşıdan yay gəlir və kabab iyindən, ucuz ərzaq məhsullarının qoxusundan pəncərələri açmaq mümkün deyil”, – deyə poliklinikanın əməkdaşı ürəkyanğısı ilə narazılığını bildirdi.
Tibb işçilərinin sözlərinə görə, bu narazılıqları haqqında dəfələrlə İcra Hakimiyyətinin müvafiq şöbələrinə telefonla müraciət olunub. Lakin onlar heç bir tədbir görməyiblər. bundan sonra Fövqəladə Hallar Nazirliyinin 112 saylə qaynar xəttinə zəng vurularaq, bu haqda xəbərdarlıq edilib.
Daha sonra teref.az onu da qeyd edib ki,daxil olan məlumatlara görə gəzən kababxana Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin növbəti obyektlərindəndir. Ona görə də kimsə “kababxana”ya gözün üstə qaşın var deyə bilmir.
Sevinc Əlimova
Emtv.az