SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Abdin Fərzəliyevin “Həştərxan sərgüzəştləri”: İcra başçısının Aleksandr Jilkinlə hansı ortaqlığı var?

8-06-2017, 11:50 | Oxunub: 7 692 |

Abdin Fərzəliyevin “Həştərxan sərgüzəştləri”: İcra başçısının Aleksandr Jilkinlə hansı ortaqlığı var?
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevi uğurlu rəhbər adlandırmaq mümkündür. Bu şəxs icra başçısı işlədiyi uzun illər ərzində danılması mümkün olmayan bir sıra əhəmiyyətli addımların müəllifidir. Onu hakimiyyətin üst qatında da xoş təəssüratlarla xatırlayırlar.

Düzdür, bunu onun hakim ailəylə qohumluq əlaqələrinə malik olması ilə izah edənlər də var. Bununla belə, Abdin Fərzəliyevin təkcə bu faktora görə etimada layiq görüldüyünü düşünmək sadəlöhvlük olardı.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Nərimanov RİH başçısı kifayət qədər dinamik bir rəhbərdir. Onun hətta səhər saatlarından rayon ərazisini gəzdikdən sonra xidməti kabinetinə gəlməsi də məhz bu dinamikliyin, hər şeyi nəzarətində saxlamaq istəyinin təzahürü sayıla bilər. Nərimanov rayon icra başçısını səciyyələndirən digər bir məqam isə onun təkcə sıradan bir icra başçısı qəlibinə uyğun gəlməməsidir. Belə ki, Abdin Fərzəliyev Rusiya Federasiyasının siyasi rəhbərliyi tərəfindən çox yaxşı tanınır. Bunun təsdiqi kimi yalnız bir faktı xatırlatmağa ehtiyac var ki, Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan yeganə icra başçısıdır.

Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.

Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında hər hansı bir siyasi məqamlar axtarmaq yersizdir. Çünki avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır. Bu biznes şəbəkəsinin kimlər tərəfindən idarə olunduğu ilə bağlı bəzi məlumatlar da mövcuddur.

Rusiya Federasiyasının Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə Abdin Fərzəliyev çox yaxın dostdurlar. Bu dostluq isə həm Aleksandr Jilkinin Azərbaycan hakimiyyətinin üst qatı ilə birbaşa münasibətlərin qurulmasına, həm də Abdin Fərzəliyevin Rusiya Federasiyasında ciddi iqtisadi-biznes layihələrinin reallaşmasına səbəb olub.

Qeyd edək ki, bir icra başçısının dostu vasitəsilə istər Həştərxanda, istərsə də RF-nin digər bölgələrində özbaşına iqtisadi qazanc mənbələri yaratması praktiki baxımdan mümkün deyil. Mümkün ehtimal kimi o ola bilər ki, Azərbaycan hakimiyyəti Abdin Fərzəliyevə RF-də müəyyən layihələr həyata keçirməyə icazə verib. Amma Abdin Fərzəliyevin yalnız icazə verilən dairə çərçivəsində hərəkət edib-etməməsi də araşdırılması zəruri olan mövzulardandır.

İcra başçısının dostu, Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə şəxsi biznes ortaqlığının mövcudluğuna dair mətbuata bəzi informasiyalar daxil olub. Həmin informasiyaların dəqiqləşdirilməsindən sonra mövzuya yenidən qayıdacaq və Abdin Fərzəliyevin Rusiyadakı biznes səltənətinə daxil olan obyekt və fəaliyyət sahələri ilə bağlı ilginc faktları diqqətinizə təqdim edəcəyik.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR