17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra hakiminin başı “Bakıxanov residence”ə qarışıb - Müdhiş biznes imperiyası
Sabunçu rayon icra başçısı Adil Vəliyevin başı indi də “Bakıxanov residence” yaşayış kompleksinə qarışıb
Bu barədə yerli mətbuata verilən xəbərə görə, icra başçısının tikinti bumu yenidən canlanıb. İctimaiyyətin biznesmen kimi tanıdığı bu icra hakiminin fəaliyyəti məhz ticari maraqlar üzərində köklənib.
Sirr deyil ki, onun “Porsce” maşın salonu, “Sarı gəlin” şadlıq evlərinin siyahısına “Bakixanov residence” yaşayış kompleksi də əlavə olunub. Onun Bakıxanov ticarət mərkəzi, “Aygün city” ticarət mərkəzinə sahibləndiyi də deyilir.
A.Vəliyev icra başçısı vəzifəsinə biznesdən gəlib və bu posta yiyələndikdən sonra imkanlarını genişləndirib. Onun biznes imperiyasına əsasən oğlu nəzarət edir.
Hazırda isə qəsəbənin ən mərkəzi yerində “Bakıxanov residence” yaşayış kompleksinin tikintisinə diqqəti yönəlib. Bu binaların reklamı gecə-gündüz efirdə yayımlanır.
Yerli mətbuat bildirir ki, Bakıdakı “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” Sabunçunun rəhbərinə məxsusdur.
Habelə, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. İndi də Ənvər Vəliyev bu bizneslə məşğul olur.
İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir.
İcra başçısının özünün şəxsi kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var. Mediada yayılan bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999.
İcra hakiminin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır.
Məlumat üçün deyək ki, Vəliyev Adil Ənvər oğlu Qubadlıda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.
1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib.
2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.
Emtv.az