17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI
Xəbər verdiyimiz kimi mayın 6-da müqəddəs Ramazan ayı başlayır.
Müsəlmanlar bu ay ərzində İslam dininin 5 vacib ibadət əməlindən biri olan oruc tutacaqlar.
Gün ərzində saatlarla ac qalmaq üçün orqanizmin enerjiyə və müqavimətə ehtiyacı olacaq. Ramazan ayı ərzində sağlam və enerjili qala bilmək üçünsə düzgün qidalanmağa xüsusi diqqət yetirmək lazımdır.
Emtv.az yerli mətbuata istinadən xeber verir ki, mütəxəssislər Ramazan ayında imsak və iftar öyünlərində qida qəbul etməyin qaydasını açıqlayıblar.
Öncəliklə, oruc tutarkən karbohidrat tərkibli qidalardan uzaq durmaq lazımdır. Belə qidalar qanda şəkərin miqdarını sürətlə qaldırıb endirir. Beləliklə, insan daha çox aclıq hiss edir.
İmsak
İmsakda yumurta və pendir kimi proteinlə zəngin qidalar, həmçinin, zeytun və zeytun yağlı mövsümi salatlar yeyərək gün ərzində yaranacaq aclıq hissinin öhdəsindən daha yaxşı gəlmək olar. Bu öyündə karbohidrat, qluten və şəkərdən uzaq durmaq vacibdir. Özəlliklə, diabet və revmatizmi olan insanlar bu növ məhsullardan imtina etməlidir.
İftar
Orucu açdıqdan sonra isə boş mədəni sürətlə doldurmaq yerinə, yeməyə şorba və salatla başlamaq daha sağlam seçimdir. Xüsusilə, ət suyunda bişirilmiş tərəvəz və ya mərci şorbası bu yerdə köməyinizə çatacaq. Qan şəkərinin anidən yüksəlməməsi üçün orucu açıb şorbanı içdikdən 20 dəqiqə sonra ana yeməyə keçin. Beləliklə, ürək-damar problemlərindən uzaq qala bilərsiniz.
Susuzluq
Oruc tutmaq bir çox insanda qəbzlik kimi bağırsaq problemi yarada bilər. Həzmsizlik probleminin öhdəsindən gəlmək üçün yaşıl çay və müxtəlif otlardan dəmlənmiş çaylardan istifadə etmək olar. Çay içmək daha çox susamağa səbəb olur. Çünki orqanizmdə suyun depolanmasının qarşısını alır. Əgər iştahınız çay çəkirsə, bu zaman yanında bir fincan su da için.
Bütün gün susuz qaldığınız üçün imsak və iftarda bol su içmək doğru deyil. Bu, mədəni yükləməkdən başqa bir işə yaramaz. Susuzluğun öhdəsindən gəlmək üçün iftardan sonra hər yarım saatdan bir bir fincan su içmək lazımdır.
Şərbətli şirniyyatlardan uzaq durun. Şirni ehtiyacınızı təzə və ya quru meyvələrlə qarşılaya bilərsiniz.
Rasim Mirzeyev
Emtv.az