17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ağdamda yeni doğulan körpə öldü
Azərbaycanda uşaq ölümü baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam rayonu, Baharlı kənd sakini, 1981-ci il təvəllüdlü Günel Cəfərova bir müddət əvvəl doğuşla bağlı Bərdə rayon doğum evinə daxil olub. Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpənin səhhətində problemlər olduğu üçün dərhal Bakıya aparılıb. Müayinə zamanı körpənin ürəyinin klapanlarının üçünün işləmədiyi müəyyən edilib. Lakin həkimlər uşağı əməliyyat etməyib. Körpə bir neçə gün sonra dünyasını dəyişib.
Uşağın yaxınları bununla bağlı Ağdam rayon Prokurorluğuna şikayət ediblər. Onlar uşağı müayinə edən həkimin məsuliyyətə cəlb edilməsini istəyir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Nəzrin Abbaszadə
Emtv.az