18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda dəhşətli qəza: 8 nəfər öldü, 2-si uşaqdır - YENİLƏNİB - ADLAR - FOTO
16:07
Göygöl rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, baş verən hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan - 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, "VAZ 21 06" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.
Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
14:32
Göygöldə baş verən yol nəqliyyat qəzası nəticəsində 8 nəfər dünyasını dəyişib.
Emtv.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yerli mətbuata bildirib ki, onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.
Bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, qəza Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin iştirakı ilə baş verib.
Faktla bağlı araşdırma aparılır.
14:09
Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, onlar "07"nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur.
Digər şəxslərin kimliyi də müəyyənləşdirilir.
13:39
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Emtv.az ONA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. "VAZ" markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az