SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şəmkirdə qəza: ölənlər və yaralananlar var - ADLAR

9-03-2019, 10:57 | Oxunub: 12 498 |

Şəmkirdə qəza: ölənlər və yaralananlar var - ADLAR

10:00

Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

07:05

Bakı-Qazax yolunun Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşdirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, yük maşınının "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində "VAZ"-da olan Ruslan Kazımov və Elxan Cəlilov dünyasını dəyişib.

Qəza nəticəsində daha iki nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, TIR tipli yük maşını Türkiyə vətəndaşı tərəfindən idarə olunub.

Faktla bağlı araşdırma aparılır.

00:17

Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha br neçə nəfər ağır yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR