SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Bu boyda qəsəbədə cəmi bir məktəb var..."

29-04-2019, 11:39 | Oxunub: 7 180 |

"Bu boyda qəsəbədə cəmi bir məktəb var..."

“Bu boyda qəsəbədə cəmi bir məktəb var, uzaqda, bir bağça var, yararsız halda”

Emtv.az xəbər verir ki,yerli KİV-lərə növbəti şikayət daxil olub. Maştağa sakini Şahid Şixəliyev övladlarını aparacaq məktəbə və bağça tapa bilmir. Bəli, təəccüblənməyin. Şikayətçi məhz bunu iddia edir ki, yaşadıqları ərazidə uşaqlarını həvalə edəcək normal bağca və ya məktəb yoxdur: “Əslində Maştağa qəsəbəsi - suptropik sovxoz adlandırılan bu yer çox böyük bir ərazidir.

Bizdə bağça, məktəb demək olar ki, yox səviyyəsindədir. Üç uşağım var. Biri məktəb, biri də bağçaya getməlidir, amma göndərə bilmirəm. İmkanım o vəziyyətdə deyil ki, uşaqlarımı maşın tutub, qəsəbədən kənarda məktəbə, bağçaya qoyum. Yanımızda bir bağça var, əgər ona bağça demək olarsa, yarımçıq bir binadır. Əslində bura bağça da deyil, tamamilə yararsız bir yerdir. Ən pis vəziyyətdə yaşayanların belə evi burdan yaxşıdır. 60-70-ci illərdə tikilən və indiyə kimi əl gəzdirilməyən bina nə vəziyyətdə ola bilər?!”.

Daha sonra news24.az onu da qeyd edib ki,məktəbə gəlincə, şikayətçi deyir ki, bu ərazidə yalnız bir təhsil ocağı var, o da çox uzaqdır: “22 saylı məktəb karyer adlanan ərazidə yerləşir. O da çox uzaqdır. Qəsəbədə iki avtobus var, ona da ayda 20-30 manat verməlisən ki, uşağı aparıb-gətirsinlər. Onda da hələ yer tapa bilsən. Əgər yer tapa bilməsən, evdəkilərdən biri işini-gücünü atmalıdır ki, uşağı məktəbə aparsın. Mən işləyirəm. Yoldaşımsa gərək 3 aylıq körpəmizlə səhərdən çıxıb uzun yol getməlidir ki, uşaqları məktəbə aparsın. Təhsil Nazirliyindən, aidiyyatı qurumlardan xahiş edirəm bizim kəndin məktəb, bağça problemini həll etsinlər”.


"Bu boyda qəsəbədə cəmi bir məktəb var..."
"Bu boyda qəsəbədə cəmi bir məktəb var..."

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR