SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar” - Müəllimlə direktorun yemək davası

23-11-2018, 17:01 | Oxunub: 17 512 |

“Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar” - Müəllimlə direktorun yemək davası
“Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir”.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib.

Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb:

“Hər dəfə mən yeməklərlə bağlı şikayətləndikdən sonra 1 həftə nisbətən normal olur. Duru yağla sup bişirilir, üstündə də bitlər. O yeməyin iyindən, görünüşündən mən iyrənirəm, uşaqlar necə yesin.

Valideynlər hər ay bağçaya 20 manat pul verir, ancaq uşaqlar evə acqarına qayıdır.

Bu həftənin 3-cü günü yeməklərlə bağlı şikayətimi müdirə Aybəniz Hüseynovaya dedim. Bildirdim ki, bağçaya pendir, yağ, süd verilir. Amma indiyə kimi bu ərzaqlar uşaqların ağzına dəyməyib. Normal söhbətimiz oldu.

Günorta halı pisləşdi, dedilər ki, davamız olduğu üçün belə olub. Axşam da bunu aktlaşdırıb, icraya şikayət edib. İcra nümayəndəsi gəlib, hamını dinlədi. Bildirildi ki, bizim davamız olmayıb. Nümayəndənin mənə son sözü bu oldu ki, icra başçısının əmri var, akt tərtib olunaraq işdən çıxarılıram.

Mənə deyirlər, mətbəxə girməyə haqqın yoxdur. Bu, hansı qanunda var? Müəllimə kimi uşaqların haqqını tələb edirdim”.

Bağçanın müdirəsi Aybəniz Hüseynova məsələ ilə bağlı açıqlamasında tərbiyəçinin dediklərinin yalan olduğunu bildirib:

“Hamısı yalandır. Hər gün 11-in yarısı işə gəlirdi. Mənim bağçamda yemək söhbəti ola bilməz. Özü tədbirlər keçirir, valideynlərdən pul yığır.

İşçilər arasında söhbət yaradır. Müdirənin tələblərinə əməl etmir. Dəfələrlə göz yumsam da, bu dəfə aidiyyatı orqanlara müraciət etmək məcburiyytində qaldım. Sabah uşaqlardan birinə bir şey olsa, mən cavabdehəm”.

Sevinc Alimova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR