18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ağcaqanad sancmasından QİÇS-ə yoluxmaq olar?– İnsanları təşvişə salan suala cavab
Hər 10 rusiyalıdan 5-i hesab edir ki, ağcaqanad dişləməsi ilə QİÇS-ə yoluxmaq mümkündür. Ona görə insanlar yayda maksimum ağcaqanadlardan qorunmağa çalışır.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, insanlar arasında QİÇS-lə bağlı düzgün maariflənmə işləri aparılmadığından onlar hətta QİÇS-li xəstə ilə üz-üzə yemək yedikdə belə yoluxacağından ehtiyat edir.
Halbuki QİÇS-in ən çox yoluxduğu metod qorunmasız cinsi əlaqədir.
Hələ də insanlar prezervativsiz əlaqədən narahat deyil, ona görə hər il QİÇS-ə yoluxanların statistikası artır.
Ekspertlər bildirir ki, QİÇS hava, əşya, qida, su ilə keçmir.
Ağcaqanadların sancması və xəstə insanın qanını sağlama ötürməsi ilə yoluxmanın baş verməsi isə elmdə sübut olunmayıb. Bu barədə artıq 1990-cı illərdən təcrübələr aparıb. Belə ki, Afrikada QİÇS yayılmasının ağcaqanadlarla bağlılığı aşkarlanmadı. Orda milyonlarla ağcaqanad var, hər kəsi də hər gün sancır, amma QİÇS-ə qorunmasız intim əlaqədə olanlar yoluxub.
Xatırladaq ki, təkcə Rusiyada 1987-ci ildən bəri ilk dəfə QİÇS xəstəliyi aşkar olunandan bu yana 318.000 nəfər insan vəfat edib. Ötən il isə bu xəstəlikdən ölənlərin sayı 20.000 nəfər olub.
Nəzrin Abbaszadə
Emtv.az