17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Samir Nuriyev rəisin vəzifəsini kiçildib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəisin vəzifəsini kiçildib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Samir Nuriyevin əmri ilə Akif Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, idarə rəisinin birinci müavini vəzifəsinə təyin edilib. İdarənin rəis vəzifəsinin icrası isə Anar Quliyevə tapşırılıb.
Xəbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib. Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.
Aynurə Kərimova
Emtv.az