SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Samir Nuriyev onu vəzifəsindən uzaqlaşdırdı - YENİ TƏYİNAT

30-04-2018, 13:03 | Oxunub: 17 094 |

Samir Nuriyev onu vəzifəsindən uzaqlaşdırdı - YENİ TƏYİNAT
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tərəfindən Komitədə bir neçə kadr dəyişikliyi barədə qərar qəbul edilib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. Bu təyinata qədər Anar Quliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhəbəri vəzifəsində çalışıb.

Son müddət ərzində Komitənin aparatının rəhbəri vəzifəsində çalışmış Ağamirzə Canmirzəyev isə tutduğu vəzifədən azad olunub. O, komitədə daha öncə çalışdığı və hazıradək vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə Şahnaz Mustafayeva təyin edilib. Bu təyinata qədər o, Mənzil İnşaatı Dövlət Agentliyində Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Şəhərsalma şöbəsinin müdiri vəzifəsinin icrası həmin şöbənin müdir müavini Fəxri Aydəmirə həvalə olunub.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR