SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubov: "Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər gücləndirilməlidir" - FOTO

17-04-2019, 17:28 | Oxunub: 11 490 |

Ramil Usubov: "Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər gücləndirilməlidir" - FOTO

Aprelin 17-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı", "İctimai yerlərdə baş verən cinayətlərin profilaktikası" və "Şəxsi heyətin peşə hazırlığının təşkili" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Emtv.az xəbər verir ki,Nazirliyin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Son illər ölkədə uğurla həyata keçirilən islahatlar, quruculuq işləri və hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görüldüyünü, qarşıda duran vəzifələri yerinə yetirməyə qadir olan peşəkar kadr özəyinin formalaşdırıldığını diqqətə çatdırıb.

Sonra gündəlikdəki məsələlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərlə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən danışıblar.

Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda səsləndirilən iradların tezliklə aradan qaldırılacağına söz veriblər.

İclasa yekun vuran daxili işlər naziri R.Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.

O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarının işində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib, həmçinin əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri üzrə və aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası, şəxsi heyətin peşə hazırlığı sahələrində fəaliyyət gücləndirilməli, hər bir orqan və hissədə qanunçuluq, nizam-intizam möhkəmləndirilməli, vətəndaşların qəbulu, onların müraciətlərinə daha həssas münasibət göstərilməli, hər bir ərizə və şikayətə vaxtında və operativ baxılmalı, ümumən şəxsi heyətin tapşırılmış sahəyə məsuliyyətinin yüksəldilməsi istiqamətində işlər böyük əzmlə davam etdirilməlidir.

Yekunda nazir, general-polkovnik R.Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə müəyyən edilmiş vəzifələrin, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Ramil Usubov: "Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər gücləndirilməlidir" - FOTO
Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR