SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

17-04-2019, 13:03 | Oxunub: 11 185 |

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

""İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq.

Sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik - maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində işləri davam etdirməkdəyik".

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M. Quliyev xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir:

"Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar bu ayın sonuna qədər daxil olub, qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər".

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M. Quliyev qeyd edib ki, terminologiya burada o qədər də önəmli rol oynamır:

"Bildiyiniz kimi, daha çox orqanların donorluğu və ya orqanlarla toxumaların donorluğu üzərində mübahisələr gedirdi. Hesab edirəm ki, bunlar elə də prinsipial məsələlər deyil. Hər ikisi doğrudur, Səhiyyə komitəsi sonda nə qərar verəcək, o cür də olacaq".

Meyitdən orqan köçürülməsi məsələsində razılıq - icazə məsələsinə gəldikdə, M.Quliyev bu məsələnin artıq qanun layihəsində həllini tapdığını deyib.

"Qanun layihəsində göstərmişik ki, meyitdən orqan köçürülməsi, transplantasiya məsələsində ailə üzvlərindən və ya yaxın qohumlardan yalnız birinin razılığı, icazəsi alınacaq. Çünki bütün qohumların razılığı alınmalı olsa, onda meyitdən orqan köçürülməsi mümkün olmayacaq. Ancaq gələcəkdə maarifləndirmə işi ona yönəldilməlidir ki, hər bir insan sağlığında orqanını vəsiyyət etsin.

Əgər sağlığında vəsiyyət edibsə, artıq qohumun da razılığına ehtiyac qalmayacaq", - deyə M.Quliyev əlavə edib.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR